Priqojin və Utkinin abidəsi dağıdıldı

Sevastopol sakini “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və komandir Dmitri Utkinin həmin şəhərdə qurulan abidəsini dağıdıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın “Baza Telegram” kanalı məlumat yayıb.
Ətraflı

Belə ki, 21 yaşlı rusiyalı şəxs Priqojin və Utkinin portretlərini və Rusiya bayrağını təpiklə vuraraq dağıdıb.

Şahidlərin qışqırmasından sonra vətəndaş hadisə yerindən qaçıb.

Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb.

 

Gununsesi.info