Prezident Xalq artistinə ev verdi

Prezident Xalq artistinə ev verdi

Prezident İlham Əliyev Xalq artisti Fikrət Verdiyevə ev hədiyyə edib.

Gununsesi.org xəbər verir ki, bu barədə tanınmış tarzənin xanımı Bəyimxanım Cavanşirova sosial şəbəkədə məlumat verib.

“Prezidentimiz İlham Əliyev Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin etdi. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət ehtiramla minnətdarlığımızı bildiririk”- deyə B. Cavanşirova bildirib.

Qeyd edək ki, F.Verdiyev Gəncədə  “Göygöl” ansamblının  yaradıcısıdır və onun Gəncə Dövlət Filarmoniyasının qurulmasında rolu olub.

Gununsesi.org

COMMENTS