
Xəbər verdiyimiz kimi, İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasına üzv olan ölkələrin, dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Prezidentini sammitdə Xarici İşlər Naziri Ceyhun Bayramov təmsil edəcək.
Qeyd edək ki, sammitdə Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı problemlər və bir sıra məsələlər müzakirə olunacaq.
Sammitdə əsas müzakirə mövzularından biri də Rusiyanın Ukraynaya işğalı barədə olacaq.
Gununsesi.info