Bakıda marketə basqın oldu: İki işçi bıçaqlandı

Bakıda marketə basqın oldu: İki işçi bıçaqlandı

Zabrat qəsəbəsində yerləşən “Araz” marketə oğru girib.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, bu zaman şəxsiyyəti müəyyənləşdirilməyən oğru market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları – 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 27 yaşlı İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır.

Gununsesi.org

COMMENTS