“Məşədi İbad”, “Rüstəm bəy” və “Sərvər” 25 ildən sonra bir yerdə –VİDEO/FOTO

  • By ilhame
  • 24 Dekabr 2023 15:06

Korifey bəstəkarımız Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyası əsasında çəkilmiş film bu gün də maraqla baxılır.

Gununsesi.info bildirir ki, 1980-ci illərin əvvələrində “Mozalan” kinojurnalı filmdə əsas rolları oynamış aktyorları yenidən bir araya gətirib.  Burada rüşvətlə nəvəsini zavoda işə düzətlməyə çalışan “Məşədi İbad” və “Rüstəm bəy”in baş tutmayan cəhdi göstərilir.

 

Epizodda Xalq artistləri Əlağa Ağayev və Ağasadıq Gəraybəyli ilə yanaşı Sərvər rolunu oynamış Arif Mirzəquliyev də rol alıb.

Qeyd edək ki, Sərvər rolunu oynamış Arif Mirzəquliyev 1939-cu ildə Bakıda həkim ailəsində anadan oub. Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda təhsil alıb. O, istedadlı aktyor kimi özünü sübut etməyi bacarıb. Onun “Görüş” filmində yaratdığı Kamil və “O olmasın,bu olsun” filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olub.

Sonralar atasının xahişi ilə Azərbaycan Dövlət Tibb İnstutuna daxil olur və nevropatoloq ixtisasına yiyələnir. A.Mirzəquliyev ömrünün sonuna kimi həkim vəzifəsində çalışır. İki övladı olan Arif Mirzəquliyev 1990-cı ildə vəfat edib.

Xatırladaq ki, “O olmasın, bu olsun” filmi 1956-cı ildə lentə alınıb. “Mozalan” kinojurnalı 25 ildən sonra məşhur qəhrəmanları zəmanəmizdə üz-üzə gətirib. Bu rejissorun maraqlı və diqqətçəkən tapıntısı sayıla bilər.

Gununsesi.info