Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu

  • By ilhame
  • 22 Sentyabr 2023 20:47

Almaniya Futbol Federasiyası (DFB) Yulian Nagelsmannın Almaniya milli komandasına baş məşqçi təyin olunduğunu açıqlayıb.

Gununsesi.info 36 yaşlı mütəxəssisin müqaviləsi 31 iyul 2024-cü ilə qədərdir.Nagelsmanın köməkçiləri Almaniya millisinin sabiq futbolçusu Sandro Vaqner və Benjamin Qluk olacaq.

Qeyd edək ki, Nagelsmann milli komandanın baş məşqçisi postunda sentyabrın 10-da istefaya göndərilən Hans-Diter Fliki əvəzləyib.

Xatırladaq ki, 2021-ci ilin iyulundan 2023-cü ilin martına qədər Nagelsmann “Bavariya”ya rəhbərlik edib. Onunla Münhen klubu iki dəfə Almaniya çempionluğunu və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl isə mütəxəssis “ Leypsiq” və “Hoffenhaym”da çalışıb.

 

Gununsesi.info