Polislər aksiyaya niyə üzü bağlı çıxır? - ELŞAD HACIYEV CAVABLANDIRIR

  • By admin
  • 14 Noyabr 2022 15:55

Son zamanlar keçirilən kütləvi aksiyalarda polis əməkdaşlarının kütləvi şəkildə üzünü bağlamasının şahidi oluruq. 

Müxalif fəallar isə sosial şəbəkələrdə bunu vətəndaşa qarşı güc tətbiqi ilə əsaslandırır.

İddialara görə, rəhbərlik vətəndaşa qarşı zorakılıq edən polis nəfərinin sonradan sosial şəbəkədə və mediada ünvanlı şəkildə qınaqla üzləşməməsi üçün belə bir qərar verib.

DİN-nin Şöbə rəisi Elşad Hacıyev isə bu iddiaları qəbul etmir.

DİN sözçüsü Gununsesi.info-ya açıqlamasında bildirib ki, polislərin kütləvi təbirlərdə üzünü bağlaması COVİD 19 pandemiyası ilə bağlıdır: “Bildyimiz kimi, koronavirus infeksiyası yayılandan bəri kütləvi tədbirlərdə polis əməkdaşları maskadan istifadə edib. Bu gün də pandemiya davam edir. Bu risklərdən sığortalanmaq üçün polis əməkdaşlarımız bu qayda və tələblərə əməl edirlər”.

 

Mətləb Yaqublu

Gununsesi.info