Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi keçirilib

Xəbər verildiyi kimi, Ukraynada yaşayan tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 28-də Kiyev şəhərində qəflətən vəfat edib.

 

Gununsesi.info -nun məlumatına görə, martın 30-da Kiyev vaxtı ilə saat 12:00-da İdrak Camalbəyli ilə vida mərasimi keçirilib.

 

Qeyd edilir ki, vida mərasimi Kiyev şəhərinin “Mixaylovski” meydanında keçirilib.

 

Sonra mərhum jurnalist dəfn edilmək üçün Kiyevdən Bakıya yola salınacaq.

 

 

Gununsesi.info