Vüqardan aparıcıya irad -VİDEO

Meyxanaçı Vüqar Əbdülov aparıcılar Mətanət Əliverdiyeva və İslam Mehrəliyevə irad bildirib.

Gununsesi.info xəbər verir ki, “Xəzər axşamı” verilişinə qatılan ifaçı proqrama dəvət olunmamaqdan gileylənib.

HTML tutorial

O, Mətanətin “Nə yaxşı gəldiniz” sualına “Siz çağıranı, məndən başqa hamını çağırmısınız” cavabını verib.

M.Əliverdiyeva “Biz çağırmırıq, qonaqları başqası çağırır. İslam və mən verilişinin qonağına qarışmırıq. Vüqar sevdiyimiz dostumuzdur” sözlərini deyib.

Vüqar isə ona “Amma nə fayda, efirdə yoxdur” reaksiyasını verib.

 

 

Gununsesi.info