
“Taleh Bağırzadənin 12 Saylı Cəzaçəkmə Müəssisəsində işgəncələrə məruz qalması və təhqir olunmasına dair mediada və sosial şəbəkələrdə yayılan xəbərlər doğru deyil. Belə bir hal baş verməyib”.
Bunu Gununsesi.info-nun soğrusuna cavabında Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tahel Bağırzadənin Qobustandakı həbsxanadan 12 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən zaman orada işgəncələrə məruz qalması barədə xəbərlərə münasibətində deyib.
Qeyd edək ki, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Hacı Taleh Bağırzadə son 7 ili Qobustandakı qapalı həbsxana keçirib.
Mehman Sadıqov deyib ki, 12 Saylı Müəssisədə ümumiyyətlə, heç kəsə işgəncə verilməyib.
O, həmçinin Bağırzadənin aclıq keçirmədiyini də iddia edib.
Mətləb
Gununsesi.info