
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.
İlkin məlumatlara görə, “Mitsubishi Pajero İO” markalı avtomobil yol kənarındakə arxa düşüb. Nəticədə avtomobildə olan sərnişin 1939-cu il təvəllüdlü G.Məmmədovanın qolu sınıb.
İlkin ehtimallara görə qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info