d

Paşinyandan etiraf: “Qarabağı Azərbaycandan ayrı görməmək, bəlkə də, müharibənin qarşısını ala bilərdi”

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədən yayınmağın mümkün olduğunu etiraf edib.

Ermənistan mediasının məlumatına görə, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.

HTML tutorial

Hökumət başçısının sözlərinə görə, əgər İrəvan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, bu mümkün idi:

“Biz deyə bilərik ki, Qarabağın Azərbaycandan ayrı olması ideyasını qəbul etmirik. Əlbəttə, bu, müharibənin baş verməyəcəyinə zəmanət vermirdi, lakin bunun üçün nəzəri imkan yaratmış olardı”, – deyə Ermənistanın hökumət başçısı bildirib.

Gununsesi.info