Paşinyan Qırğızıstana səfər edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) Hökumətlərarası Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak edəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

AİB Şurasının növbəti iclası 6-7 avqust tarixlərində Çolpon-Ata şəhərində keçiriləcək.

Gununsesi.info