Milli Məclis Ekvadorla viza tələblərindən azad edilməsi haqqında sazişi ratifikasiya etdi

Azərbaycan ilə Ekvador arasıda viza tələblərindən azad edilməsi haqqında saziş təsdiq edilib.

Gununsesi.info  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq ratifikasiya edilib.

Gununsesi.info