
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 551 yoluxma halı qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 022 893 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan daha 35 nəfər, hazırkı dövrədək isə 128 336 nəfər vəfat edib.
Gununsesi.info