
Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan COVID-19 testindən keçib. Testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən baş nazir özünü təcrid edib. O, fəaliyyətini onlayn qaydada davam etdirəcək.
Bundan əlavə, Baş nazirin xəstəliyi simptomsuz keçirdiyi bildirilib.
Gununsesi.info