
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Gununsesi.info xarici KİV-ə istinadən bildirir ki, telefon danışığı zamanı nazirlər Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər.
Bundan əlavə, onlar Türkiyə-Rusiya münasibətləri haqqında da danışıblar.
Tərəflər həmçinin, NATO-nun Rusiya Şurasının iclası, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı mövcud hadisələr haqqında fikir mübadiləsi aparıblar.
Gununsesi.info