
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunub.
Gununsesi.info xəbər verir ki, N.Paşinyan bu barədə səhər saatlarında hökumətin iclasında danışıb.
“Müzakirələr asan olmadı, geniş idi, amma demək istəyirəm ki, bizim məqsədlərimiz dəfələrlə qeyd etdiyim kimi qalır. Ermənistan Respublikası hökuməti sülh gündəliyini qəbul edib və onun həyata keçirilməsi üçün qətiyyət lazımdır.
Biz hamımız başa düşməliyik ki, bu, asan və sadə deyil, mümkün həll yolları göz önündə deyil. Biz ardıcıl işləməyə davam etməliyik və hesab edirəm ki, bu, zərurətdir. Bu bizim xalqımızın arzusudur ki, regionumuzda davamlı və hərtərəfli sülh birdəfəlik bərqərar olsun. Biz bu məsələyə daha çox diqqət yetirməliyik”, – Paşinyan bildirib.
Gununsesi.info