
“Yaxın vaxtlarda Bayden administrasiyasının Ukraynaya təhlükəsizlik sahəsində əlavə yardımı elan edəcəyi gözlənilir”.
“Gununsesi” xəbər verir ki, bu barədə Ağ Evdin açıqlamasında deyilir:
“Biz Ukrayna Silahlı Qüvvələrinə 13 milyard dollardan çox yardım göstərmişik və bunu davam etdirəcəyik. Yaxın günlərdə təhlükəsizlik sahəsində yeni yardım elan ediləcək. ABŞ Ukrayna xalqının “həm zəruri, həm də uzunmüddətli ehtiyaclarını ödəməyə davam edəcək.
Siz Ukraynaya daimi dəstəyi gördünüz. Biz həmişə demişik ki, onların cəsarəti və öz azadlıqlarını müdafiə etmək, demokratiya uğrunda mübarizə aparmaq üçün etdikləri bizdə inanılmaz dərəcədə heyranlıq yaradır və adamların bunu bilməsi vacibdir. Siz bu səyləri görməyə davam edəcəksiniz. Biz hər gün Ukrayna hökumətilə onların ehtiyaclarını öyrənmək üçün danışıqlar aparırıq”.
Gununsesi.info