Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Yeni hazırlanmış “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, parlamentin bugünkü iclasında qanunun müzakirəsinə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, o cümlədən digər qurumların, nazirliklərin nümayəndələri də qatılıb.

Qanun layihəsini parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.

Gununsesi.info