Pandemiyanın bitməsini gözləməyin

İnfeksionist Yevgeni Timakov COVID-19 pandemiyasının yaxın illərdə bitməyəcəyini söyləyib

Gununsesi.info xəbər verir ki, bu barədə infeksionist “RİA Novosti”yə müsahibəsində danışıb.

O bildirib ki, yaxın illərdə koronavirus pandemiyasının sona çatmasını gözləməyə dəyməz:

“Yaxın bir neçə ildə Ümumdünya Səhiyyə Təşkilatından pandemiyanın bitdiyini elan edəcəyini gözləməyin”.

Yevgeni Timakovun sözlərinə görə, bəşəriyyətin uzun müddətdir mübarizə apardığı vərəm pandemiyası hələ də aradan qalxmayıb.

Gununsesi.info