
“Azərbaycan xalqına başsağlığı və dəstək vermək yerinə, Azərbaycan dövlətinə “qanuni müdafiə haqqından istifadə etmə” demək, Ermənistana dəstək vermək deməkdir. Zalımla məzlumu eyni tutmaq ədalətli deyil. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik media nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə hücumları 1949-cu il Cenevrə Sazişinin aşık-aşkar pozulmasıdır: “Odur ki, Türkiyə Azərbaycanı ərazi bütövlüyü uğrunda mübarizəsində haqlı sayır və qardaş ölkənin yanındadır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an bu problem həll olunar”.
Gununsesi.info