Ordumuzun Zəngəzurda bu addımı erməniləri qorxuya saldı

Ermənistan mediası Azərbaycan Ordusunun Qafan rayonunun Nerkinxan kəndi yaxınlığında istehkam tikdiyini iddia edib.

Gununsesi.info xəbər verir ki, “Hraparak” nəşri azərbaycanlı hərbçilərin kəndin yaxınlığına tikinti texnikası gətirdiyini, mühəndislik işlərinin aparıldığını yazır.

HTML tutorial

Kənddə yaşayan ermənilər isə bunu normal qarşıladıqlarını, Azərbaycan Ordusunun mövqelərini gözlə gördüklərini deyiblər.

Qeyd edək ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə dövlət sərhədini Zəngəzur istiqamətində irəli çəkib. 44 günlük müharibədə işğala son qoyulduqdan sonra Azərbaycan dövlət sərhədinin bərpası istiqamətində də praktiki addımlar atıb.

Nəticədə Azərbaycan Ordusu Ermənistanla sərhəd boyunca strateji yüksəkliklərə nəzarət edir. Nerkinxan kəndi yaxınlığında ermənilərin iddia etdiyi inşaat işlərinin aparılması isə böyük ehtimala, ordunun təminat yollarının düzəldilməsi, istehkam-mühəndislik işlərinin aparılmasıdır.

Gununsesi.info