Ölkə ərazisində 49 kiloqram narkotik aşkarlanıb

  • By Mina
  • 15 Aprel 2024 10:07

Polis əməkdaşları həftəsonu ölkə ərazisində 49 kiloqram narkotik aşkarlayıblar.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 13-də və 14-də ümumi çəkisi 49 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqrama yaxın heroin, 39 kiloqrama yaxın marixuana və 5 kiloqrama yaxın metamfetamin olub.

Gununsesi.info