Nigeriyanın şimal-şərqində silahlıların hücumları nəticəsində 60-dan çox insan həlak olub.
Gununsesi.org-un məlumatına görə, bu barədə yerli sakinlərə istinadən “Reuters” agentliyi bildirib.
Məlumata görə, hadisə Borno ştatında, Manquno və Nqanzay ərazilərində baş verib. Ağır silahlarla, o cümlədən qumbaraatanlarla silahlanmış terrorçular azı 20 hərbçi və 40-dan çox mülki şəxsi öldürüblər.
Şahidlərin sözlərinə görə, hücum zamanı yüzlərlə sakin xəsarət alıb.
Həmçinin qeyd edilir ki, silahlılar polis bölməsini və BMT-nin humanitar köməyinin mərkəzini yandırıblar.
Gununsesi.org
COMMENTS