
Neftçalada avtomobil aşıb, xəsarət alanlar var.
Gununsesi.info-nun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaravəli kəndində qeydə alınıb. Belə ki, minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Boyat kənd sakinləri – 2001-ci il təvəllüdlü Mövlayev Əkbər Elman oğlu və 2001-ci il təvəllüdlü Hacıyev Sənan Bəxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info