Nazim Bəydəmirli “Kürdəxanı”ya köçürüldü

  • By admin
  • 06 İyul 2023 12:08

Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilən sabiq deputat, tanınmış iş adamı Nazim Bəydəmirli 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə Gununsesi.info-ya sabiq deputatın yaxınları bildirib.

HTML tutorial

Məlumata görə, Nazim Bəydəmirli hazırda təcridxanada karantin otağındadır.

Bildirilir ki, ailəsi onun üçün gigyenik vasitələr və geyim aparsa da nədənsə, qəbul olunmur.

Qeyd edək ki, Gədəbəy Rayonunda baş verən etiraz aksiyasına görə keçmiş seçicilərini dəstəkləyən Bəydəmirli özünün şikayətçi olduğu iş üzrə həbs edilib.

 

Mais

Gununsesi.info