Nazarbayev Ərdoğanla görüşdü

  • By admin
  • 11 Mart 2022 22:29

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb.

O, beynəlxalq forumda iştirak üçün dəvətə görə Ərdoğana təşəkkür edib və bu tədbirin davam edən qlobal geosiyasi dəyişikliklər kontekstində əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, Ərdoğan Nursultan Nazarbayevin Qazaxıstan-Türkiyə münasibətlərinin formalaşması və inkişafına mühüm töhfəsini qeyd edib.

Görüş zamanı həmçinin tərəflər beynəlxalq gündəliyin ən aktual problemləri ətrafında fikir mübadiləsi aparıb, Ukraynadakı hərbi münaqişənin diplomatiya və dövlətlərarası dialoqun bərpası yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Gununsesi.info