Navalnının xanımı Rusiyanı tərk etdi

  • By turana
  • 10 Fevral 2021 20:02

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Navalnayanın “Domodedovo” hava limanından Frankfurt–Mayna uçduğu bildirilir.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də “İv Roşe” işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.

23, 31 yanvar və  2 fevralda Rusiyanın müxtəlif şəhərlərində Navalnıya dəstək aksiyaları keçirilib. Yuliya Navalnaya 23 yanvar mitinqində iştirak etdiyi üçün məhkəmə tərəfindən 20 min rubl cərimələnib.

Gununsesi.info