NATO-nun şərqə genişlənməsi fəlakətə səbəb olacaq – PEKİN

  • By admin
  • 06 May 2022 20:30

Münaqişələrin həlli üçün NATO-nun şərqə doğru genişlənməsinə arxalanmaq fəlakətə səbəb olacaq.

Gununsesi.info xəbər verir ki, bunu Çinin xarici işlər nazirinin müavini Le Yuçen deyib.

“Rusiya-Ukrayna münaqişəsinin “demokratiyaya qarşı avtoritarizm” münaqişəsi kimi təqdim olunmasına gəlincə, bu arqument hamımıza bəllidir, bu, tamamilə bəzi böyük dövlətlərin başqa dövlətləri ləkələmək üçün hiyləsidir. Onlar adətən bir ölkəyə “avtoritar” damğası vurmaqla başlayırlar, sonra onu hamılıqla pisləyir, sanksiyalar tətbiq edir, həbsə əl atırlar və nəhayət “yumruqlarını işə salırlar”, – Yuçen qeyd edib.

Gununsesi.info