
Nigeriyanın Katsina əyalətində sərnişin daşıyan kanoenin batması nəticəsində 18 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, bayram şənliyindən qayıdan insanları daşıyan kanoe ştatın Maiadua bölgəsində çayda batıb.
Qəzada 18 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.
Gununsesi.info