
NATO-nun “Steadfast Defender 24” təlimi çərçivəsində Polşanın Korzenyevo bölgəsində “Dragon 24” adlı hərbi müdafiə təlimi keçirilib.
Gununsesi.info xəbər verir ki, NATO-dan yayılan yazılı açıqlamaya görə, müttəfiq ölkələr “Dragon 24” təlimi çərçivəsində çəkindirmə və müdafiə imkanlarını gücləndirib.
Martın 4-5-də Polşanın Korzenyevo bölgəsində keçirilən hərbi müdafiə təliminə Fransa, Almaniya, Litva, Polşa, Sloveniya, İspaniya, Türkiyə, İngiltərə və ABŞ hərbçiləri qatılıb.
Polşanın rəhbərlik etdiyi təlimlər çərçivəsində qoşunlar Vistula çayını keçiblər.
Təlimə Polşa Prezidenti Andjey Duda və Litva Prezidenti Gitanas Nauseda baş çəkib.
NATO-nun son illərdəki ən böyük hərbi təlimi olan “Steadfast Defender 24″də bütün NATO ölkələrindən, eləcə də İsveçdən təxminən 90 min əsgər iştirak edir.
Müttəfiq ölkələr “Steadfast Defender 24” proqramı çərçivəsində bir sıra təlimlər həyata keçirir.
Gununsesi.info