
NASA Yupiterin daha yaxından mənzərəsinin görüntüsünü yayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, kadrlar ABŞ kosmik agentliyinin “Instagram” hesabında paylaşılıb.
“Yunona missiyası ilə səfərə çıxın”, – deyə şərh yazılan kadrlarda kosmik aparatın Yupiter ətrafında dövrü qeydə alınıb.
Məlumatda deyilir ki, uçuş bu il aprelin 9-da baş tutub. Bu zaman ən yaxın yaxınlaşma nöqtəsi Yupiterin rəngli bulud zirvələrindən bir qədər çox – 3300 kilometr hündürlükdə olub. Kosmik gəminin saatda təxminən 2 10 000 kilometr sürətlə hərəkət etdiyi vurğulanıb.
Kadrlar sosial şəbəkədə maraqla qarşılanıb.
Gununsesi.info