
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında qəfil vəfat edib.
Gununsesi.info xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Əziz babam, bu xəbər yalan olmalı idi. Sən bizim üçün əvəzolunmaz birisən”, – deyə, Rəfiqə babası ilə çəkilən fotosuna şərh yazıb.
Qeyd edək ki, C.Məmmədov bu gün evində ürəktutmasından dünyasını dəyişib.