Nərimanov rayonunda yanğın oldu -FOTO

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

“Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yardımçı tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda bildirilib. (Oxu.az)