Daha bir qrup ukraynalı uşaq Bakıya gəldi

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında yazıb.

“2026-cı ildəki ilk qrup – Ukraynadan olan 26 uşaq Bakıya gəlib. Ukraynanı müdafiə edənlərin uşaqları peşəkar qulluq və reabilitasiya alacaqlar”, – o yazıb.

Səfirin sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycanda 498 ukraynalı uşaq reabilitasiya keçib. Qusev həmrəylik və dəstəyə görə Azərbaycana bir daha təşəkkür edib.

Gununsesi.info