AZAL Rumıniyadan növbəti təxliyəni nə vaxt edəcək?

  • By admin
  • 02 Mart 2022 22:08

Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu sabaha – 3 mart tarixinə, yerli vaxtla səhər saat 11:00-a keçirilib (Bakı vaxtı ilə saat 13:00).

Bu barədə Gununsesi.info-ya  AZAL-dan bildirilib.

“Həmvətənlərimizin daşınmasını həyata keçirən AZAL-ın təxliyə reysinin Bakıya gəlişi yerli vaxtla saat 16:00-da nəzərdə tutulub.

Bütün sərnişinlərdən aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində və kütləvi informasiya vasitələrində reyslər barədə ən son məlumatları izləmələrini xahiş edirik”, – məlumatda qeyd olunub.

Gununsesi.info