Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə APA-ya Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.
İsa Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən alınıb.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.
Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.
Gununsesi.org
COMMENTS