Fransa ilə Almaniyanın sərhədində zəlzələ olub.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələnin gücü 3,2 bal olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir. Təkanlar Strasburqdan 12 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, dünən də Fransanın Montelimar şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ olmuşdu.
Gununsesi.org
COMMENTS