Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyan Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.
Gununsesi.org bildirir ki, o, öz Facebook profilində bunları yazıb: “Azərbaycan qadınlarını və analarını həm Azərbaycan, həm də erməni övladlarının canlarını təhlükəyə atmamaq üçün ölkələrinin hərbi-siyasi rəhbərliyini müharibə fikrindən daşındırmağa çağırıram”.
Qeyd edək ki, Paşinyanın oğlu hərbi xidməti Dağlıq Qarabağda çəkir. Görünür, baş nazirin xanımı öz övladının taleyindən narahatdır.
Gununsesi.org
COMMENTS