İraqda koronavirus epidemiyası başlayandan sonra gündəlik sağalanların ən yüksək həddi qeydə alınıb.
Gununsesi.org xəbər verir ki, ölkənin Səhiyyə və Ətraf Mühit Nazirliyinin “Facebook” səhifəsində paylaşılan açıqlamaya görə, son sutkada ölkədə 2 274 nəfər koronavirus xəstəsi sağalıb.
Eyni zamanda daha 2 229 nəfər COVID-19 virusuna yoluxub, 100 nəfər isə ölüb.
Bütövlükdə isə ölkədə koronavirusa yoluxanların ümumi sayı 79 735 nəfərə çatıb.
Gununsesi.org
COMMENTS