
Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Kiyevə səfər edəcək.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Twitter”də bildirib.
Onun sözlərinə görə, Ukrayna artıq iqtisadi, kiber və hərbi hücumlara məruz qalır və belə ağır zamanda Ukrayna ilə həmrəylik nümayiş etdirməyin bir yolu da Kiyevə səfər etməkdir.
“Biz, Baltikyanı ölkələrin xarici işlər nazirləri bu həftə ora səfər edəcəyik”, Landsberqis bildirib.
Gununsesi.info