
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi gələn il üçün abunə olduğu qəzet və jurnalların yarısından çoxu Rusiya mətbuatının sırasındadır.
Gununsesi.info-nun ötən həftə bu barədə xəbəri nədənsə Müdafiə Nazirliyi tərəfindən susqunluqla qarşılandı.
BUNA DA BAX:
Müdafiə Nazirliyi kütləvi şəkildə rus mediasına abunə yazılır
Milli Məclisin Müdafə və təhlükəsizlik komitəsinin üzvü Elman Məmmədov Gununsesi.info-ya açıqlamasında bildirib ki, nəinki, Müdafiə Nazirliyi, bütün nazirliklər ilk növbədə öz nəşrlərimizə diqqət göstərməlidir: “İndi bu barədə sizdən eşitdim. Mən düşünürüəm ki, Müdafiə Nazirliyinin Rusiya mediasına abunə olması, görünür, oradakı hərbi xəbərlərlə bağlıdır. Biz hər bi ölkənin mətbuatını oxumalıyıq. Xüsusilə, Ermənistandakı durumla bağlı Rusiya mediasında kifayyət qədər məlumatlar dərc olunur. Həmçinin, Rusiya mətbuatında siyasətçilərin, ekspertlərin çıxışları olur. Bunu bilməyimiz vacibdir”.
Mətləb
Gununsesi.info