
Məlum olduğu kimi, bu gündən Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir.
Gununsesi.info xəbər verir ki, artıq müəllimlər test imtahanında iştirak etmək üçün onlar üçün ayrılmış binalara gəliblər. Yoxlanışdan keçən ibtidai sinif müəllimləri onlar üçün ayrılmış zallarda imtahana buraxılıb.
İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edəcək.
Test imtahanları 30 avqust-1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunacaq.
İmtahandan görüntüləri təqdim edirik:
Gununsesi.info