Mövqelərimiz Ermənistan tərəfindən bir daha atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat bildirilib. Qeyd olunub ki, oktyabrın 21-i saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Gununsesi.info