
İsrailin Mossad kəşfiyyat agentliyi İranda əməliyyat keçirdiyini iddia edirlər.
Gununsesi.info xəbər verir ki, məlumata görə, məqsəd Kiprdə İranın israillilərə hücum planına başçılıq etmiş şübhəli lideri həbs etmək olub.
Mossad şübhəlinin adının Yusif Şahbazi Abbasəlili olduğunu deyir. İddia olunur ki, o, “İran İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəlilərindən detallı təlimatlar və silahlar alıb”.
Kəşfiyyat agentliyi şübhəlinin dindirildiyi bildirilən video yayıb.
Farsca Azərbaycan ləhcəsiylə danışan həmin şəxs videoda deyir ki, rəhbəri ona Kiprdə İsrail və yəhudi hədəflərini müəyyənləşdirərək onlara hücum göstərişi verib.
Şübhəlinin sözlərinə görə, hədəfi nəzarətə götürüb, həmin şəxsin Kiprdəki evinin fotolarını çəkib. Ancaq polisin onun izinə düşdüyü xəbərini alan kimi adadan gedib, İrana qayıdıb.
Videodan şübhəlinin təzyiq altında danışıb-danışmadığı aydın olmur.
İsrail rəsmilərinin sözlərinə görə, şübhəli yalnız Türkiyənin tanıdığı Şimali Kipdə fəaliyyət göstərib.
İran bu məlumatı şərh etməyib. Aİ üzvü Kipr də İsrailin bəyanatlarına münasibət açıqlamayıb.
Şəbnəm
Gununsesi.info