Moskvadan Qarabağ AÇIQLAMASI: Bakı və Yerevanla məsləhətləşmələr aparılır

Rusiya Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, açıqlamaya görə, Vladimir Putinin humanitar atəşkəs çağırışı ilə bağlı danışıqlar aparılır.

“Bakı və Yerevan Putinin çağırışından sonar Moskvadakı məsləhətləşmələrdə iştirak edəcəklərini təsdiqləyib. Hazırda fəal hazırlıq işləri aparılır”-deyə açıqlamada bildirilir.    

Gununsesi.info