
Balaxanı- Bakının neft qoxan , hətta yaxın keçmişdə adı çəkiləndə zibilliklər məskəni kimi xatırlanan qəsəbə tipli kəndidir.
Bakının 32 kəndindən biri , mərkəzdən çoxda uzaqda olmayan bu kənd artıq dillər əzbərinə çevrilib. Bu kəndəki dəyişikliyi eşidənlər, internet resurslarında görənlər buraya axın edir.
İndi bir trend formalaşıb ki, Balaxanıda şəkil çəkdirməyən qalmasın. Bir zamanlar zibil qoxan Balaxanının bu qədər diqqət mərkəzinə düşməsi də əbəs yerə deyil. Abadlaşır Balaxanı. Gedənlər bəh-bəhlə danışır . Burada köhnə və yeni Bakının vəhdəti birləşir. Qədimi evlərin tikiliş arxitekturası da fərqlidir.
Küçələri ensiz və dardır.Elə keçmişdən söhbət düşmüşkən yaranması əsrlər əvvələ gedib çıxan Balaxanıda dövrümüzə qədər gəlib çatan, qorunmasında kənd sakinlərinin böyük səyi olan bir neçə tarixi əhəmiyyətli abidə də var.Onlardan XIII-XIV (13-14-cü əsr) əsrlərə uzanan Şah Səfi Karvansarayı, Hacı Şəhla türbəsi, Hacı Şakir Ağa türbəsi,40 pilləkənli Ovadan, hələ XIV əsrdə kanalizasiya sistemi mövcud olan Qum hamamı və digərlərini misal göstərmək olar.
Sakinlər bildirir ki, indi abadlaşan bu dar küçələrdə qədimdə at arabası ilə hərəkət etmək mümkün imiş.Burada turistləri heyran edəcək bir gözəllik yaradılmaqdadır.
Gözəlliyi ilə göz oxşayan evlərin ağardılmış divarları, divarlardan asılmış gül dibçəkləri, barıların üzərinə çəkilmiş rəsm əsərləri dizaynı ilə Yunanıstan küçələrini, qardaş Türkiyənin Alaçatısını xatırladır. Hələki qədim məkanda 3 əsas Səfəvilər, Dirçəliş və Azərbaycan ədəbiyyatında satiranın ustadı hesab olunan Mirzə Ələkbər Sabirin adını daşıyan küçədə təmir bərpa işləri yekunlaşıb.Qısa zaman içərisində işlərin 60% -i demək olar ki, tamamlanıb.
SAKİNLƏR İŞLƏ TƏMİN OLUNUR
Müasirləşən, yenilənən Balaxanıda, sakinlər üçün də iş imkanları yaranıb.
Gənclərin müəyyən qismi müvəqqəti və daimi işlə təmin olunub. Bundan əlavə kənd sakinləri əllərində hazırladıqları, suvinirləri, xalçaları digər toxuculuq nümunələrini də satmaq imkanı da qazanırlar. Əl əməyi göz nuru olan xalçaların qiyməti 50-800 manat arasında dəyişir.Hətta həftə sonları sərgilərdə keçirilir. Hələki sərhədlər bağlı olduğundan yaradılmış gözəlliyi görməyə ancaq yerli turistlər gəlir.Gəzdikdən sonra yorulsanız “cafe art” kafesi və başqa kofe köşklərinə üz tuta bilərsiniz.Hələki qəsəbədə tək olan şirniyyat evidə ixtiyarınızda olacaq.
YENİ BALAXANININ KÖHNƏ DƏRDİ
Bütün bu gözəlliklər, danılmaz faktdır ki, yerində atılmış addımlar sayəsində mümkün olub.
Bununla yanaşı bir sıra problemlər var ki, hələ də həllini gözləyir. Gəzdiyimiz müddət ərzində bəh-bəhlə danışdıqlarımızdan başqa bir sıra problemlərin də olduğunun şahidi olduq.
Təxminən 22 min sakinin yaşadığı qəsəbədə (sakinlər belə deyir) 1 dənə də olsun aptek yoxdur.İki azyaşlı övlad atası olan Pərvin bildirdi ki, bəzən bir ağrı kəsici almaq üçün gecə saatlarında taksi tapıb mərkəzə üz tutmalı olurlar.Yaşlı, xəstə və köpəsi olananları nəzərə alaraq bunun müasirləşən Bakıda və Avropa küçlərini xatırladan Balaxında olması üçün addımların atılması vacib deyilmi? Bundan başqa, ödəmə terminalları da demək olar ki, yoxdur. Yalnız bir dükanda var, onun da çox vaxt işləmədiyini bildirdilər.Xanımlar isə böyük geyim mağazalarının və hipermarketlərin olması arzu edirlər. Sakinlər bildirirlər ki, 10 il əvvələ qədər məktəblərdə rus bölməsi fəaliyyət göstərib.Sonradan bağlanıb.Övladlarını rus bölməsində oxutmaq istəyənlər onları Bakıxanov və digər qəsəbələrə aparmalı olurlar.Qəsəbə sakini gənc ana Məlahət xanım bağçanın olmamasından gileyləndi. Təxmini 150-160 uşaq üçün nəzərdə tutulan bağçada yer çatışmazlığı səbəbi ilə körpələrini bağçaya qoymaq müşkülə çevrilir.
İdman kompleksi və idman zalları da yoxlardandır. Azərbaycan musiqisinə Cahangir Cahangirov kimi dahi bəstəkar bəxş edən Balaxanıda musiqi məktəbi də olmayanlardandır. Burada cəmi 1 poliklinika var.Oda şəraitsiz vəziyyətdədir. Qəsəbənin Gənclər evinin olmamasından isə elə gənclərin özləridə bezar olub. Balaxanı 2 (Fazenda) və artyem adlanan ərazinin yollarından isə danışmağa dəyməz. Deyilənə görə, yollar hansısa dağ kəndlərini xatırladır.
Yağış yağanda çalalardan keçmək mümkün olmur.
DAHA 8 KƏNDİN SAKİNLƏRİNƏ MÜJDƏ
Balaxanıda abadlıq işlərinin hələ təxminən 6 aya yekunlaşacağını deyən Bakı Abadlıq Xidmətinin üzvü kənd Ağsaqqalar şurasının sədri Hacı Həsən Vəliyev.
Balaxanıdan sonra isə sonra 8 kəndin abadlaşdırılması nəzərdə tutulur. Mərdəkan, Əmircan, Novxanı, Ramana, Buzovna və əlavə 3 kəndlərə də fotosesiya etdirmək üçün üz tutmalı olduğumuz yerlər sırasında görmək mümkün olacaq.
Turanə Tağızadə
Gununsesi.info