Saakaşvili: “Qarabağ Azərbaycandır və bu dəyişməzdir”

  • By admin
  • 28 Sentyabr 2020 14:17

“Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.

“Əlbəttə, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülh şəraitində yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, –  o vurğulayıb.

 

 

Gununsesi.info