Boliviyanın keçmiş prezidenti Evo Morales siyasi sığınacaq aldığı Meksikadan Kubaya uçub. Gununsesi.org bildirir ki, bu barədə Meksika XİN-in nümayəndəsi Roberto Velasko Tvitterdə məlumat verib.
Paylaşımda yazılana görə, Moralesin səfəri müvəqqəti xarakter daşıyır.
“RİA Novosti” qeyd edib ki, səfərin məqsədi Boliviyanın eks-başçısının tibbi yoxlanışdan keçməsidir.
Xatırladaq ki, Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin birinci turunda qalib gələn Evo Moralesə qarşı aksiyalar başlamış və o, noyabrın 10-da istefa verərək ölkəni tərk etmək məcburiyyətində qalmışdı.
Gununsesi.org
COMMENTS